...

Yuxunun qeyri-adekvat miqdarı yeniyetmələrdə diabetə səbəb olur

Cəmiyyət Materials 21 Sentyabr 2011 20:57 (UTC +04:00)
Orqanizm lazımi həcmdə yuxu ala bilməzsə, onda qanda şəkərin miqdarı birdən-birə qalxa bilər.
Yuxunun qeyri-adekvat miqdarı yeniyetmələrdə diabetə səbəb olur

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Orqanizm lazımi həcmdə yuxu ala bilməzsə, onda qanda şəkərin miqdarı birdən-birə qalxa bilər. Alimlər piylənmədən əziyyət çəkən uşaqların vəziyyətini araşdırarkən belə qənaətə gəliblər. Bu barədə "CBC News" yazır.

Trend-in məlumatına görə, ümumilikdə orta yaş həddi 14 olan 62 kök amerikalı yeniyetmənin vəziyyəti analiz olunub. Tədqiqatçıları onların yuxularının keyfiyyəti (onlar gecə yuxusunun fazalarını qiymətləndiriblər) və qanda şəkərin göstəriciləri maraqlandırıb.

Sonda belə bir nəticəyə gəlinib ki, həddindən artıq və ya əksinə, həddindən az yuxu qlükozanın göstəricilərinin artması təhlükəsi yaradır. Yeri gəlmişkən, dərin yuxu fazasının az davamlı olması da yeniyetmələrə pis təsir göstərir. Belə ki, onlarda insulinin sekresiyası azalır.

Filadelfiyadakı Uşaq Xəstəxanasının endokrinoloqu, araşdırmanın müəllifi doktor Dorit Koren bildirir ki, qlükozanın göstəricilərinin əlverişli səviyyədə qalması və birdən-birə sıçramaması üçün yeniyetmələrə gecə ərzində 7,5-8,5 saat yatmaq kifayətdir. Demək lazımdır ki, analoji əlaqə çox güman ki, yaşlı adamlara münasibətdə də işləyir. Yuxu çatışmazlığı zamanı onlar 2-ci tip diabet qazana bilərlər.

Xəbər lenti

Xəbər lenti