Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 9-cu kilometrində, Bakı Beynəlxalq Avtovağzalı ərazisi yaxınlığında dəmiryolu üzərindəki yol ötürücüsünün yanında yeni yol ötürücüsünün tikintisinə başlanılıb. Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, həmin ərazidə yerləşən mövcud yol ötürücüsünün uzunluğu 105 metr, eni isə 13,5 metrdir. İki gediş və iki gəlişli 3 aşırımlı yol ötürücüsüdür.
Onun yanında yeni yol ötürücüsünün tikintisinə başlanılmasında məqsəd isə Bakıya giriş zamanı yaranan tıxacın aradan qaldırılmasıdır.
Yeni yol ötürücüsünün inşasından sonra yol dördaşırımlı olcaq və əlavə iki zolaq artırılacaq.