...

Bakıda böyük bir yöl ötürücüsünün tikintisi başa çatmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 16 May 2013 10:36 (UTC +04:00)
Bakının Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi başa çatmaq üzrədir.
Bakıda böyük bir yöl ötürücüsünün tikintisi başa çatmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend müxbir İ.İzzət/

Bakının Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi başa çatmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayında başlanılan yol ötürücüsünün uzunluğu 600 m, eni 28,5 m, yanaşma yolları 272 m, aşırım hissəsinin uzunluğu isə 328 m təşkil edir.

3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolötürücüsü 10 aşırımdan ibarətdir.

Ümumilikdə işlərin 90 faizi artıq yerinə yetirilib. Yanaşma yolları istisna olmaqla, yol ötürücüsündə tikinti işlərinin yaxın 1-2 ay ərzində başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti