...

"İçərişəhər" və "Qala" qoruqlarında yaşayanlar evlərinin təmiri üçün "İçərişəhər" idarəsindən icazə alacaqlar

Cəmiyyət Materials 3 İyun 2013 13:01 (UTC +04:00)
Artıq bundan sonra «İçərişəhər» Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisindəki fərdi yaşayış binalarının sahibləri evlərinin təmiri, kommunikasiya xətlərinin çəkilməsi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən icazə almalıdırlar.
"İçərişəhər" və "Qala" qoruqlarında yaşayanlar evlərinin təmiri üçün "İçərişəhər" idarəsindən icazə alacaqlar

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Artıq bundan sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisindəki fərdi yaşayış binalarının sahibləri evlərinin təmiri, kommunikasiya xətlərinin çəkilməsi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən icazə almalıdırlar.

Bunu Trend-ə Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları"na etdiyi son dəyişikliklər əsasında bu səlahiyyətlər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə verilib.

V.Əliyev qeyd edib ki, əvvəlllər həmin səlahiyyətlər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində olmayıb. Çünki qoruq yarananda bu səlahiyyətlər Mədəniyyət və Turizm Naziliyində idi. Ancaq artıq bu səlahiyyətlərin hamısı, idarəçilik tam olaraq, qoruğ idarəsinə verilib:

"İnsan qoruq ərazisində yaşadıqda bunun üstünlükləri ilə yanaşı, müəyyən məhdudiyyətləri də olur. Əgər hər hansı insan öz mənzilində istədiyini edə bildiyi halda həmin ərazilərdəki insanlar qoruqda yaşadıqları üçün istədiklərini edə bilməzlər. Artıq binaların həm daxilində, həm də xaricində təmir işləri, binanın görüntüsünün dəyişdilməsi, kommunikasiya xətlərinin çəkilməsi üçün mütləq qoruq idarəsinin rəhbərindən icazə alınmalıdır. Çünki onun binasının divarının da, damının da, qapısının da, pəncərəsinin də-hamısının bir tarixi mahiyyəti var".

V.Əliyev bildirib ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun daxilində elə bir yaşayış yoxdur. Ancaq İcərişəhərdə xeyli yaşayış binası var və burada 4000-ə yaxın insan yaşayır.

Qeyd edək ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti