Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Yol ötürücüsü ilin sonunadək istismara veriləcək.
Trend EL TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində inşa olunan yol ötürücüsünün bu ilin sonunadək istismara verilməsi planlaşdırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən EL TV-yə verilən məlumata görə, ötürücünün uzunluğu 630, eni 9 metr olacaq.