Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Bu gecə Bakıda iki yol ötürücüsündə hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, bu gün axşam 22:00-dan etibarən paytaxtın Abdulvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsindəki yol ötürücüsündə (Nəqliyyat Nazirlyinin yanındakı yol ötürücüsü) və Ceyhun Səlimov küçəsi ilə Abdulvahab Salamzadə küçəsinin kəsişməsində olan yol ötürücüsündə (keçmiş "Papanin"dəki yol ötürücüsü), eləcə də hər iki yol ötürücüsünün yan yollarında yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq.
Bu səbəbdən hər iki yol ötürücüsündə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.