...

Gəncənin park və meydanlarında "Wi-Fi" şəbəkəsi qurulacaq

Cəmiyyət Materials 8 Sentyabr 2014 15:41 (UTC +04:00)
Simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.
Gəncənin park və meydanlarında "Wi-Fi" şəbəkəsi qurulacaq

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Gəncənin park və meydanlarında "Wi-Fi" şəbəkəsi qurulacaq.

Simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Gəncə "2016-cı il Avropa gənclər paytaxtı" tituluna sahib olması ilə bağlı bir çox beynəlxalq və mötəbər tədbirlərə ev sahibliyi edir. Bu səbəbdən də şəhərə gələn turistlərin sayı artmaqdadır. Şəhərə üz tutan turistlərin, eləcə də şəhər sakinlərinin internetə əlçatanlığının təmin edilməsi məqsədilə Gəncədə tezliklə simsiz internet şəbəkəsi layihəsinə start veriləcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, artıq layihə hazırlanıb və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq: "İlin sonuna şəhərdə internet istifadəçiləri pulsuz internetdən yararlanacaqlar".

Hazırda 21 mindən çox genişzolaqlı internet istifadəçisi olan Gəncədə pulsuz internetə çıxış imkanları əsasən insanların sıx toplaşdığı yerlərdə olacaq.

İlkin mərhələdə hava limanından şəhərin çıxışına - Qala Qapıları, Arxeologiya və Etnoqrafiya Muzeyinə qədər olan ərazi tamamilə internetlə təmin ediləcək. Həmçinin hazırda vətəndaşların daha çox toplandığı Heydər Əliyev park kompleksinin ərazisində və İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanı ərazisindən Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qədər olan ərazi (buraya GDU-nun da ərazisi daxildir) 500 metr radiusda tamamilə internetlə təmin ediləcək.

Layihənin ikinci və üçüncü mərhələsinin reallaşması ilə şəhərin bütün hissələrində internetə çıxış təmin ediləcək.

Artıq layihənin ilkin mərhələsinin icrasına başlanılıb. Lazımi avadanlıqlar sifariş olunub. Türkiyəli mütəxəssislərin dəstəyi və ADAU-nun İnnovasiya Mərkəzinin köməyi ilə bu ilin sonuna qədər layihənin icrası yekunlaşdırılacaq.

Layihədə süni istifadə hallarının qarşısının alınması da nəzərdə tutulub ki, buna müəyyən vaxt və yükləmə məhdudiyyətləri daxildir. "Wi-Fi" istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə rəsmi olaraq qeydiyyatdan keçməli olacaqlar.

https://www.youtube.com/watch?v=6l_DBM1lQJM&feature=youtu.be

Məqalədə:
Xəbər lenti

Xəbər lenti