...

Dəmiryol Vağzalı Bakının mərkəzindən köçürüləcəkmi?

Cəmiyyət Materials 17 Noyabr 2014 19:40 (UTC +04:00)
Dəmir Yolu Vağzalının Bakının mərkəzindən köçürülməsi məsələsi hazırda gündəmdə deyil.
Dəmiryol Vağzalı Bakının mərkəzindən köçürüləcəkmi?

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Emil İsmayılov/

Dəmiryol Vağzalının Bakının mərkəzindən köçürülməsi məsələsi hazırda gündəmdə deyil. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, vağzalın paytaxtın mərkəzində yerləşməsi sərnişinlərin rahatlığını təmin etmək üçün lazımdır: "Dəmiryol Vağzalının xidmətlərindən istifadə etmək üçün ona çatmaq lazımdır və bununla əlaqədar olaraq, vağzalın Bakının mərkəzində yerləşməsi sərnişinlərin rahatlığını təmin etməyə xidmət göstərir".

Digər tərəfdən, vağzalı paytaxtın mərkəzindən köçürmək üçün ilk növbədə bütün zəruri infrastrukturu olan yeni vağzal tikmək lazımdır ki, bu da bir neçə il vaxt apara bilər.

N.Əzməmmədov əlavə edib ki, vağzalın daşınması məsələsi hazırda aktual deyil: "Əgər bu məsələ hökumət səviyyəsində gündəmə gələrsə, müxtəlif variantlar nəzərdən keçiriləcək və bütün zəruri işlər görüləcək. Yeni dəmiryol vağzalı, binanın tikintisindən başqa, dəmiryol xətlərinin, deponun və digər lazımi infrastrukturun yaradılmasını da tələb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti