...

Kosmik texnologiyalar aləmi (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2015 15:48 (UTC +04:00)
Tusi-Bohm Planetariumda Fransa Aeronavtika və Aerokosmos Ali İnstitutunun məzunu, kosmik sistemlər mühəndisi Tural Hüseynovun təqdimatında kosmik texnologiyalara həsr olunmuş seminar keçirilib.
Kosmik texnologiyalar aləmi (FOTO)

Tusi-Bohm Planetariumda Fransa Aeronavtika və Aerokosmos Ali İnstitutunun məzunu, kosmik sistemlər mühəndisi Tural Hüseynovun təqdimatında kosmik texnologiyalara həsr olunmuş seminar keçirilib.

II Dunya müharibəsi ərəfəsində III Reyxin silahlanma layihələrindən ən maraqlısı Fau-1 və Fau-2 raketləri idi. Bu raketlərin uğurlu konstruksiyası və imkanları raketin kosmosa çıxış vasitəsi kimi real bir vasitə olduğunu göstərdi.

Kosmosun fəthi uğrunda mübarizə keçmiş SSRİ-nin ilk süni peyki buraxması ilə başladı. ABŞ və Rusiya arasındakı "soyuq müharibə" və kosmos uğrunda yarışma kosmik sənayenin inkişaf yolunu, gələcəyini təyin etdi.

İlk süni peyk, kosmosda ilk canlı, kosmosa insan uçuşu, insanın açıq kosmosa çıxışı və nəhayət, kosmik texnologiyalar tarixində ən əlamətdar və uğurlu hadisə - "Apollo" missiyaları, insanın Aya enməsi bütünlükdə mühəndislərin, ümumilikdə insanların öz imkanlarına baxışlarını dəyişdirdi.

Kosmos artıq əlçatmaz deyildi.

Kosmosun fəthindən sonra artıq tətbiqi haqqında fikirləşməyə başladılar. Beləliklə, kosmosa cihazlar, avadanlıqlar - peyklər göndərildi. Kosmosdan telekommunikasiya üçün istifadə edilməyə başlandı.

Sonradan bu sahə daha da genişləndi. Hazırda kosmik gəmilər insanları kosmosa aparıb-gətirə bilər, Beynəlxalq Kosmik Stansiyada astronavtlar aylarla yaşayır, orada elmi tədqiqatlar aparırlar, süni peyklərdən telekommunikasiya xidmətlərində, naviqasiyada, kənd təsərrüfatında, xilasetmə əməliyyatlarında, təhlükəsizlik sistemlərində və s. istifadə olunur. Kosmosun ənginliklərinə səyahət edən və yeni kəşflərlə elmə töhfə verən aparatlar artıq kosmosda dolanırlar.

Bu cür kosmik sistemlər necə hazırlanır? Onların layihələri necə reallaşır?

Bu sahədə nadir mütəxəssislərdən olan, Fransa Aeronavtika və Aerokosmos Ali İnstitutunun məzunu, kosmik sistemlər mühəndisi T.Hüseynovun təqdimatında kosmik texnologiyalara həsr olunmuş konfrans kosmik sistemlər mühəndisliyindən, kosmik aparatların layihələrinin necə hazırlanmasından, kosmik konstruksiyalardan və missiyalardan bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti