...

Reklam, afişa, elan lövhələrinin Azərbaycan dilinin tələblərinə uyğunluğu ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Cəmiyyət Materials 9 Dekabr 2015 12:58 (UTC +04:00)
Azərbaycanda reklam, afişaların, elan lövhələrinin dilinin Azərbaycan dilinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb.
Reklam, afişa, elan lövhələrinin Azərbaycan dilinin tələblərinə uyğunluğu ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda reklam, afişaların, elan lövhələrinin dilinin Azərbaycan dilinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, AMEA Dilçilik İnstitunun şöbə müdiri Qulu Məhərrəmli bu gün keçirilən mətbuat konfransında bildirib ki, reklam, afişaların, elan lövhələrinin dilinin Azərbaycan dilinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə ilə bağlı geniş monitorinqlər aparılıb. Monitorinqlər zamanı çox sayda üslub səhvləri aşkarlanıb: "Dildəki qüsur heç kimi məmnun etmir. Bu, savadsızlığın göstəricisidir. Monitorinq şöbəsi bu istiqamətdə tədbirlərini davam etdirəcək".

İnstitutun əməkdaşı Rasim Heydərov isə monitorinqin nəticələrini açıqlayaraq bildirib ki, monitorinqlər 2014-cü ilin sentyabr ayından bu il oktyabr ayınadək Bakının Nəsimi, Nərimanov, Səbayel rayonlarında aparılıb. Ümumilikdə monitorinq zamanı 1299 norma pozuntusu aşkarlanıb. nəsimi rayonunda 408, Nərimanov rayonunda 429, Səbayel rayonunda 462 pozuntu aşkarlanıb. Pozuntular arasıbda mətnin əcnəbi dildə və qrafika ilə yazılması halları üstünlük təşkil edir.

R.Heydərov qeyd edib ki, bəzi başa düşülməyən küçə adları hələ də qalmaqdadır: "Məsələn, Dilarə Əliyeva küçəsi ilə kəsişmədə Droqal döngəsi var. Bu adın nə olduğu başa düşülmür. Ümid edirik ki, belə hallar aradan qaldırılacaq. Yaxud rus dilində olan söz Azərbaycan əlifbası ilə verilir. Şəhərdə belə hallar çox yayılıb. Belə hallar yolverilməzdir. Reklam mətnlərində də şəhvlər çoxdur. Məsələn, "Red Bull"un reklamında " Rüd Bull yalnız qanadlar" yazılıb. Bu tərcümə edilib və burada nə deyildiyi başa düşülmür. Bundan başqa, Azərbaycan dilində narahatçılıq sözü yoxdur, amma şəhərin təmir gedən bütün ərazilərində bu söz belə yazılır. Əslində, narahatlığa görə üzr istənilə bilər. "Kompüter" sözünü də kim necə istəyirsə, elə yazır. Çox təəssüf ki, bu pozuntular sonradan normaya çevrilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti