...

Gənclik Mall qonaqları qarşılayır! (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2016 13:01 (UTC +04:00)
Azərbaycanın ən iri ticarət mərkəzi açıldı!
Gənclik Mall qonaqları qarşılayır! (FOTO)

Bakı. Trend:

Azərbaycanın ən iri ticarət mərkəzi açıldı!

15 aprel Bakıda regionun ən iri yeni Gənclik Mall ticarət mərkəzi açıldı. Burada Zara, Massimo Dutti, Mango, Ted Baker, Lacoste, Tommy Hilfiger, French Connection, LC Waikiki, Koton, New Yorker, DeFacto, Calliope, Terranova, Stradivarius, OVS, Pimkie və s. kimi dəb aləminin dünya şöyrətli brendləri təqdim olunub. İdman məhsullarının geniş çeşidləri və inventar GO Sport və Courir mağazalarında mövcuddur.

Gənclik Mall ticarət mərkəzinə Gənclik metrostansiyasından çıxmadan daxil olmaq mümkündür. Bu da ticarət mərkəzinin üstün cəhətlərindən biridir. Metrostansiyadan çıxan kimi alıcılar (-1 mərtəbə) zonasında daxil ola bilərlər. Burada Maxi.az elektron mallar və məişət texnika, Zel Home, The One və CoinCasa kimi mebel və aksessuarlar mağazaları yerləşib. Həmin mərtəbədə geniş Bravo supermarketi fəaliyyət göstərir. Burada yerli və xarici məhsulları münasib qiymətə əldə etmək mümkündür.

Gənclik Mall ticarət mərkəzi alış-verişdən əlavə buraya gələnləri əyləncələr və fastfood restoran və kafelərin seçimi ilə maraqlandıracaq.

Burada artıq hamıya tanış və Bakıda çox sevilən McDonald's, KFC, Villa Pizza, Starbucks, Espressamente İlly, Gloria Jeans, Café City, Vapiano, Mado və s. və tamamilə yeni Mooyah, Bagel Bar, Köfteci Ramiz fastfood restoran və kafelər yerləşir.

Ticarət mərkəzinin sonuncu mərtəbəsində yerləşən OnTop boulinq-mərkəz, Wonderland oyun zonası və 9 zaldan ibarət CinemaPlus kinoteatrı kino və əyləncə həvəskarlarını sevindirəcək.

Bu mərtəbədə ticarət mərkəzinə gələnləri həmçinin uşaq geyimlərinin və körpələrin sevimli oyuncaqların geniş seçimi gözləyir: Soo Be, Pancho, Original Marines, Chicco, The Entertainer və Imaginarium.

Gənclik Mall ticarət mərkəzinə öz avtomobili ilə gələnlərə geniş 1000 avtomobillik parklama yeri mövcuddur.

Gənclik Mall sizi hər gün saat 10:00-dan 22:00-dək qarşılamağa şad olacaq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti