...

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinə qoşulma sayı 4 milyona çatıb

Cəmiyyət Materials 19 Mart 2018 20:02 (UTC +04:00)
“Bakı Telefon Rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” şəbəkəsinə 1 il ərzində qoşulma sayı 4 milyona çatıb
Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinə qoşulma sayı 4 milyona çatıb

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bakı Telefon Rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” şəbəkəsinə 1 il ərzində qoşulma sayı 4 milyona çatıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

“İctimai Wi-Fi” layihəsi çərçivəsində simsiz şəbəkənin əhatəsinin genişləndirilməsi işləri 2017-ci ilin martından başlayıb.

Bakı şəhəri üzrə 18 məkan ictimai şəbəkəyə qoşulub.

Qeyd edək ki, pulsuz “Wi-Fi” şəbəkəsi Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı, “Ağ şəhər” parkı, “Sahil” bağı, “Sabir” bağı, “Xaqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, “Qış” parkı,“Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud” parkı, “İzmir” parkı və “Nərimanov” parkında fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti