Bakı. Hüseyn Vəliyev - Trend:
“Bakı telefon rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” xidməti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Trend-ə MMC-dən məlumat verilib.
Agentliyin müsahibinin sözlərinə görə, xidmət bölgədə aparılan təmir işləri ilə əlaqədardır:
“Bu, elektrik xətlərindəki qüsurlarla bağlıdır. Təmir işləri başa çatdırılan kimi xidmət bərpa olunacaq”.