...

Azərbaycanla Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Cəmiyyət Materials 16 İyul 2019 17:53 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Maliyyə naziri Məhəmməd Humayun Qəyumi ilə görüşüb.
Azərbaycanla Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Maliyyə naziri Məhəmməd Humayun Qəyumi ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə iki ölkə arasında nəqliyyat, tranzit, eyni zamanda informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Həmçinin, qeyd olunan istiqamətlərdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əfqanıstanlı nazir Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti