...

Miqren, yoxsa baş ağrısı (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2019 12:30 (UTC +04:00)
Baş ağrısı – əzabverici və insanı normal həyat fəaliyyətindən məhrum edən vəziyyət olaraq, gərginlik baş ağrısı və sair kimi bir neçə birincili baş ağrısı vəziyyətlərində yaranır.
Miqren, yoxsa baş ağrısı (FOTO)

Bakı. Trend:

Baş ağrısı – əzabverici və insanı normal həyat fəaliyyətindən məhrum edən vəziyyət olaraq, gərginlik baş ağrısı və sair kimi bir neçə birincili baş ağrısı vəziyyətlərində yaranır. Miqren – birtərəfli güclü və əzabverici baş ağrısı tutmaları ilə təzahür olunan sinir sisteminin paroksizmal xəstəliyi olub, ürəkbulanma, qusma, işıq və səsə qarşı dözümsüzlük, tutmadan sonra yuxululuq və əzginliklə müşayiət olunur. Miqren zamanı tutmanın müddəti fərdidir, 2 saatdan 72 saata qədər davam edə bilər.

Miqrenin yaranma səbəbləri. Miqrenin səbəbləri hələ də öyrənilməkdədir. Ancaq alimlər xəstəliyin irsi olaraq qadın xətti boyunca yayıldığını aşkar etmişlər. Bu səbəbdən qadınlarda miqren kişilərə nisbətən daha tez-tez – 1,5-2 dəfə çox müşahidə olunur. Xəstəlik daha çox qadınlar arasında 40, kişilərdə isə 35 yaşlılarda təsadüf edilir. Miqren zamanı ağrıların inkişaf mexanizmi üçlü sinir mərkəzinin aktivləşməsi ilə əlaqədar olub, miqren ağrısının yaranmasına səbəb olan öncə spazm, sonra isə beyin arteriyalarının genişlənməsi ilə əlaqələndirilir.

Miqrenin diaqnostikası. Ümumiyyətlə miqrenin diaqnozu şikayətlər əsasında, xəstə ilə söhbətdən və müayinədən sonra qoyulur. Adətən ağrının xarakteri və yanaşı simptomların təsviri diaqnoz qoymağa kifayət edir. Lakin xəstələr baş ağrılarından olduqca tez-tez şikayət edirlər və bu ağrıların səbəbi müxtəlif ola bilər. Bu səbəbdən tam müayinə aparılmalıdır.

Test “ID Migraine”. Bu test vasitəsilə baş ağrısının miqren və ya adı baş ağrısı olduğunu ayırd etmək olar. Sizdə son 3 ay ərzində baş ağrısı aşağıdakı hansı simptomlarla birlikdə müşahidə olunmuşdur?

1.

Ürəkbulanma və ya qusma

YOX

2.

İşıq və səsə qarşı dözümsüzlük

YOX

3.

Baş ağrısı iş qabiliyyətinin, dərsin və ya gündəlik

həyat tərzinin ən azı 1 gününü məhdudlaşdırmışdır?

YOX

Əgər siz heç olmasa 2 suala “hə” cavabı verdinizsə, 93% ehtimalla sizdə miqren vardir.

Miqrenin müalicəsi. Müalicə iki istiqamətdə aparılır: birinci - tutma zamanı yardım, ikinci - tutmaların intensivliyini və tezliyini azaltmaq üçün profilaktik tədbirlər.

Miqren tutması zamanı ağrıları necə aradan qaldırmaq olar? Tutmanın başlandığını hiss edən kimi dərman qəbul etmək lazımdır. Əgər xəstə ağrıya dözərsə, ağrı getdikcə artacaq və ağrı başladıqdan 20 dəqiqə sonra qəbul edilən ağrıkəsici və damar daraldıcı preparatların qəbulu vəziyyəti daha da pisləşdirəcək. Tez-tez qəbul ehtiyacına görə ağrıkəsici preparatlar qəbul edilə bilmirsə və ya kömək etmirsə, bu halda miqrenin patogenezində mühüm rol oynayan serotonin törəmələri olan triptanlar (eletriptan, sumatriptan) seçım preparatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti