Bakı. Trend:
70 il bundan əvvəl süni fol turşusu (B9 vitamini) sintez olunub. Fol turşusunun əlavə qəbulu ancaq hamilələr üçün vacibdir - bu fikir səhvdir. Bir mənalıdır ki, gələcək analar mütləq fol turşusu qəbul etməlidir. Ancaq fol turşusu bütün insanlar üçün vacib vitamindir.
Trend-in məlumatına görə, Fol turşusu çatışmazlığının əsas səbəbləri düzgün qidalanmamaqdır. Hətta bağırsaq xəstəlikləri və disbakterioz bu vitaminin sorulmasını ləngidir. Qıcolmaəlehinə preparatlar, oral kontraseptivlər, alkoqol fol turşusunun sorulmasına mənfi təsir göstərir.
Fol turşusu çatışmadıqda aşağıdakı hallar baş verə bilər:
Meqaloblastik anemiya – qanazlığının bir növüdür. Bu xəstəliyin əlamətləri – saç tökülməsi, daimi yorğunluq, ağızın selikli qişasında yaralar və s.
Hamiləlik zamanı çox saylı problemlər – anada: ciftin vaxtından əvvəl ayrılması, erkən döğuş, doğuşdan sonra yaranan depressiya. Döldə: beyin yırtığı adlanan defekt, “dovşan dodaqlıq”, hidrosefaliya və s.
Əhval-ruhiyyənin azalması – hətta müyyən vaxtdan sonra kliniki depressiyaya qədər gətirib çıxara bilər.
Koqnitiv pozulmalar – yaddaşın zəifləməsi, yuxusuzluq, səbəbsiz həyəcan və aqressivlik.
Simptomlar qeyri-spesifik olduğundan əksər insanlar buna fikir vermir. Təssüflər olsun ki fol turşusu çatışmazlığı vitamin çatışmazlığının ən çox yayılmış formasıdır. Fol turşusunun artıqlığı çox nadir rast gəlinən bir haldır. Çünki fol turşusu suda həll olunan vitamin olduğundan artığı heç bir zərər vermədən böyrəklərlə xarıc olur.
Fol turşusuna olan təlabat. Böyüklərdə fol turşusuna optimal gündəlik təlabat 400 mkq-dır. Hamiləlik zamanı isə təlabat bir az da artmış olur. Fol turşusu ilə yaşıl tərəvəzlər daha zəngindir (“folium” latın dilindən “yarpaq” kimi tərcümə olunur). İspanaq, ağ kələm, gül kələmi, kahı, fol turşusu ilə daha zəngindir. Həmçinin qoz, araxis, pomidor, çuğundur, düyü, yumurta və qaraciyər də B9 vitamini ilə zəngindir. Amma tərəvəzlərdə olan fol turşuşu bişirmə zamanı 70-80% parçalanır. Ona görə də tərəvəz məhsullarını çiy qəbul etmək daha faydalıdır.