...

Həkimlərimizi tanıyın: Mama-ginekoloq Sədi Allahverdiyev

Cəmiyyət Materials 28 Aprel 2020 10:48 (UTC +04:00)
Həkimlərimizi tanıyın:  Mama-ginekoloq Sədi Allahverdiyev

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda pasiyentlərin etimadını qazanmış, səmimiyyəti və peşəkarlığı ilə seçilən mama-ginekoloq, t.f.d. Sədi Allahverdiyevi sizə təqdim edirik.

Trend-in məlumatına görə, Dr. Sədi Allahverdiyev Mərkəzi Gömrük Hospitalında normal, patoloji və riskli, hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyəni, sonsuzluğun konservativ və cərrahi müalicəsini, laparoskopik mioma, kist, endometriozis, histerektomiya kimi ginekoloji əməliyyatları və ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir.

Tibb təhsilinə 1997-ci ildə N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində başlayan Dr. Sədi Allahverdiyev 2005-ci ildə həmin ali tibb ocağının Mama-ginekologiya kafedrasında kliniki ordinaturanı, 2008-ci ildə isə aspiranturanı bitirib. 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında çalışan həkim-ginekoloq Hospitalın pasiyentləri arasında böyük hörmət və ehtiram qazanıb.

Beynəlxalq praktiki fəaliyyətə malik olan Dr.Sədi Allahverdiyev 2003-2009-cu illərdə Rusiya Federasiyası, Moskva şəhərində N.İ.Piroqov adına 1 nömrəli klinik xəstəxanasında mamalıq, ginekoloji və onkoginekoloji şöbələrində, 2011-ci ildə isə Almaniyanın Frauenklinik Klinikum Aschaffenburg xəstəxanasında mama-ginekoloji şöbəsində mama-ginekoloq kimi çalışıb.

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Dr. Sədi Allahverdiyev Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda, konqreslərdə davamlı olaraq məruzələrlə iştirak edir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sedi-allahverdiyev/ Dr. Sədi Allahverdiyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti