...

Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2021 08:20 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.

Trend-in məlumatına görə, Masazır körpüsü yaxınlığından başlayan tıxac, 20 Yanvar dairəsinə qədər davam edir.

Tıxacın yaranmasına səbəb gecə saatlarından müşahidə edilən yağışlı hava şəraitidir.

Yollarda nəqliyyatın hərəkətində yaranmış sıxlığın qarşısını almaq məqsədilə Saray postu istiqamətindən hərəkət məhdudlaşdırılır. Avtomobillər hissə-hissə yola buraxılır. Bu proses həm də Bakı-Sumqayıt yoluna birləşən Xırdalan, Biləcəri, Xocəsən istiqamətindən gələn yollarda da tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti