...

Meymunçiçəyini təsbit edən testlərin ölkəyə gətiriləcəyi vaxt açıqlanıb

Cəmiyyət Materials 1 İyul 2022 12:23 (UTC +04:00)
Meymunçiçəyini təsbit edən testlərin ölkəyə gətiriləcəyi vaxt açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunun təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq həmin testlər ÜST-nin Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib.

"Testlər yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti