...

Azərkosmos Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün danışıqlar aparır

Cəmiyyət Materials 26 Aprel 2023 14:19 (UTC +04:00)
Azərkosmos Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün danışıqlar aparır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlərdə mediada Azərbaycanın xarici ölkədən peyk alacağı barədə məlumat yayılıb.

Bu barədə Trend-ə Azərkosmosdan məlumat verilib.

Qeyd olunub ki, məlumat auditoriyaya natamam, bəzən isə təhrif olunmuş formada çatdırılıb.

"Ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur. Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələbləri var. Bu gözləntilər daim dəyişir və yenilənir.

Eyni zamanda peykin orbitə buraxılmasından əvvəl gələcəkdə yeni peyk layihəsindən ölkəmizin əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir.

Azərkosmos Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparır. Bu, davamlı prosesdir və ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək", - qurumdan qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti