...

Bağçalara sənəd qəbulu dayandırıldı

Cəmiyyət Materials 22 May 2023 10:22 (UTC +04:00)
Bağçalara sənəd qəbulu dayandırıldı

Bakı. Trend:

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılıb.

Trend-in Elm və Təhsil Nazirliyindən aldığı xəbərə görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti