...

"ARB 24" telekanalı ilə Qırğızıstanın "Ala Too 24" telekanalı arasında memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 22 İyul 2023 12:51 (UTC +04:00)
"ARB 24" telekanalı ilə Qırğızıstanın "Ala Too 24" telekanalı arasında memorandum imzalanıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "ARB 24" telekanalı ilə Qırğızıstanın "Ala Too 24" telekanalı arasında memorandum imzalanıb.

Trend xəbər verir ki, sənədi Şuşa şəhərində keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu çərçivəsində Radik İsmayılov və Ulan Satiyev imzalayıb.

Qeyd edək ki, bu gün Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci il dönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçirilir.

Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edir.

Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti