...

Naxçıvanın 2023-cü il büdcəsinə dəyişiklik edildi

Cəmiyyət Materials 1 Avqust 2023 11:55 (UTC +04:00)
Naxçıvanın 2023-cü il büdcəsinə dəyişiklik edildi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbədənkənar sessiyasında muxtar respublikanın müəyyən qanunlarında dəyişiklik edilib.

Trend xəbər verir ki, sessiyada “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Qanununa dəyişiklik layihəsi müzakirə olunub və qəbul edilib.

Növbədənkənar sessiyada “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik layihəsi də müzakirə olunub və qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti