Bakı. Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.