Xankəndi. Trend:
Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət 30 nəfərdən artıq nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Trend xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir.
Qonaqların bu gündən işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Heyət ilk olaraq Əsgəran qalası ilə tanış olub. Daha sonra Xocalı şəhər mərkəzində olublar. Hazırda Qarabağ universiteti ilə tanış olurlar. Heyətə universitet haqqında ətraflı məlumat verilib. Daha sonra heyətin Şuşaya, sabah isə Füzuliyə səfəri planlaşdırılır.