Bakı. Trend:
Uzun illərdən sonra doğma torpağım Ağdamda yaşayacağıma çox sevinirəm.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Rahilə Poladova deyib.
Onun sözlərinə görə, otuz ildən çoxdur ki, torpaq həsrəti ilə yaşayıb.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi var eləsin. Onun rəhbərliyi ilə öz yurdumuza qayıdırıq. Biz öz yurdumuzu abad edəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.