İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin turizm nazirlərinin 9-10 sentyabrda Bakıda keçiriləcək növbəti toplantısında Quzey Kıprıs Türk Cümhuriyyətini (QKTC) iqtisadiyyat və turizm naziri Dərviş Kamal Dəniz təmsil edəcək. Bu barədə Trend ə QKTC-nin Azərbaycandakı təmsilçisi Müstafa Evran bildirib.
M.Evran qeyd edib ki, D.K.Dərviş Bakıda toplantıda irştirak etməklə yanaşı bir sıra görüşlər planlaşdırıb: "Quzey Kiprlə Azərbaycan arasında olan iqtisadi əlaqələr genişlənməkdədir. Mənim fəaliyyətim dövründə Quzey Kiprdən Azərbaycana, Azərbaycandan isə Quzey Kiprə 50-yə yaxın nümayəndə heyəti gedib-gəlib". M.Evran onu da bildirib ki, qarşılıqlı səfərlərdən əvvəl QKTC-də 8 azərbaycanlı öz şirkətini qurmuşdu. İndi isə bu say 25-ə çatıb: "Quzey Kiprdə 250-ə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti bizneslə məşğuldur. Bir qismi təhsil müəssisələrində çalışır, digəri isə təhsil alırlar".
M.Evran onu da qeyd edib ki, təmsil etdiyi dövlətin paytaxtında Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ edən İqtisadi və Mədəniyyət Mərkəzi yaradılıb: "Mərkəzə professor Fəxrəddin Məmmədov rəhbərlik edir. İndi paytaxtımız Lefkoşda Azərbaycan bayrağı dalğalınır. Bizi birləşdirən digər faktor və mənim üçün çox əlamətdar olan isə ümumilli lider Heydər Əliyevin adına Lefkoşada böyük bir prospektin açılmasıdır".