...

Cazmen, yürüşcü və nəhayət, gözəl rəssam…

Cəmiyyət Materials 19 İyun 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Əşrəf Muradoğlu müasir rəssamlardan fərqlənir. Onun işləri həmişə dünyaduyumu, rəng çalarları kimi cəhətlərinə görə seçilib. İndi yəqin çoxları bu rəssamı unudublar. Lakin öz vaxtında Əşrəf Muradoğlu tanınmış rəssam idi.

Bu yaxınlarda rəssamın işindən ibarət albom işıq üzü görüb. İşlərin toplanıb hazılanması ilə Rəssamlar İttifaqı və Yazıçılar Birliyinin üzvü Sara Oğuz, redaktorluğu və tərcüməçiliyi ilə Mirzə Hüseynzadə məşğul olub. Onun hazırlanma ideyası Əşrəf Muradoğluna məxsusdur. Əşrəf Muradoğlu Bakıda dəb salanlardan biridir. Məsələn, Bakıda ilk "Mersedes" onda olub. O maşında 20-ci əsrin 50-ci illərində "qaymaq gənclər" fırlanırdı. O vaxtlar Bakıda caza meyl artdı. Muradoğlu saçlarını o vaxtın günya cazmenləri kimi düzəldirdi. "Əşrəf Muradoğlu istəsəydi, dövlətli insan ola bilərdi. Sifarişlər həddən artıq çox idi. Mən onları çox asanlıqla həll edirdim. Bəzilərindən fərqli olaraq o maddiyatı düşünmədi, yaradıcılığı üstün tutdu" -onun haqqında bu sözləri xalça rəssamı Kamil Əliyev söylədi.

Baxmayaraq ki, Əşrəf imkanlı ailədə böyüyüb, lakin onun özünün evi yox idi. Onun yeganə evi işlədiyi yer olub. Onun fırçasından "Tehran konfransı" və s. kimi əsərlər çıxıb. O, həmin əsərdə Ruzvelti, Çerçili və Stalini əks etdirib. Sənətkarlar deyirdilər ki, bu əsər Meksika divarüstü rəsmlərini xatırladır. O, həmçinin tanınmış insanların rəsmlərini yaradıb: "Lenin Smolnoda", "Tehran konfransı", "Tereşkovanın portreti", hətta "Napaleon".

Rəssamın həyatında böyük, vəfasız məhəbbəti olub. O, Sevil adlı bir qızı sevirmiş. Hətta ona məktub da yazıb, lakin göndərməyib. Rəssamın həyatında ən ağır hadisə onun ölümündən sonra ilk sərgisinin açılışı olub. Bu hadisə 1984-cü ildə olub. Van Qoq da ölümündən sonra günyaşöhrəti qazanıb. Həyatda belə hadisələr olur. Deməli, ümüd var ki, gələcək nəsil Əşrəf Muradoğlunun yaradıcılığını layiqincə qiymətləndirəcək.

Xəbər lenti

Xəbər lenti