...

İtaliya Avro-2012 yarımfinalında Almaniya ilə qarşılaşacaq

İdman Materials 25 İyun 2012 02:39 (UTC +04:00)
Bazar günü UEFA futbol üzrə Avropa çempionatının sonuncu 1/4 final oyunu keçirilib.
İtaliya Avro-2012 yarımfinalında Almaniya ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bazar günü UEFA futbol üzrə Avropa çempionatının sonuncu 1/4 final oyunu keçirilib.

Görüşün əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Komandalar əlavə olunmuş vaxtda da hesabı aça bilmədilər, və beləliklə, oyunu taleyi matçsonrası penaltilər seriyası həll etməli oldu.

Penaltiləri İtalyanlar daha dəqiq yerinə yetiriblər, və 4:2 hesabı ilə İngiltərə yığması üzərində qələbə qazandılar.

Beləliklə, Avro-2012-nin ikinci yarımfinalında Almaniya və İtaliya milliləri qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti