...

Güləş üzrə gənclər arasında Bakı birinciliyinə yekun vurulub

İdman Materials 10 Oktyabr 2012 15:53 (UTC +04:00)
Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə 1993-95-ci il təvəllüdlü gənclər arasında Bakı şəhər birinciliyinə yekun vurulub.
Güləş üzrə gənclər arasında Bakı birinciliyinə yekun vurulub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə 1993-95-ci il təvəllüdlü gənclər arasında Bakı şəhər birinciliyinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, federasiya və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan və 2 gün davam edən yarışda paytaxtın bütün klub və cəmiyyətlərini təmsil edən gənc güləşçilər mübarizə aparıb.

FILA-nın mövcud qaydaları əsasında keçirilən yarış 8 çəki dərəcəsində təşkil olunub.

Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan güləşçilər oktyabrın 24-25-də baş tutacaq "Hünər meydanı" respublika turnirində iştirak hüququ əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti