...

Yeniyetmə güləşçilərimiz Kiyevdən 16 medalla qayıdır (FOTO)

İdman Materials 9 Dekabr 2013 11:00 (UTC +04:00)
Trend Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Azərbaycan və Ukraynayla yanaşı, Belarus, Rusiya, Moldova, Almaniya, Özbəkistan və Rumıniya komandaları iştirak edib və mükafatlar uğrunda ümumilikdə 360 güləşçi yarışıb.
Yeniyetmə güləşçilərimiz Kiyevdən 16 medalla qayıdır  (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının və Heydər Əliyev adına Ukrayna-Azəbaycan təhsil, elm, mədəniyyət və idman Mərkəzinin təşəbbüsü ilə Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə güləş üzrə yeniyetmələr arasında keçirilən V beynəlxalq turnir başa çatıb.

Trend Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Azərbaycan və Ukraynayla yanaşı, Belarus, Rusiya, Moldova, Almaniya, Özbəkistan və Rumıniya komandaları iştirak edib və mükafatlar uğrunda ümumilikdə 360 güləşçi yarışıb.

Turnir başlanmazdan əvvəl onun təşkilatçıları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, yarışların iştirakçıları, diasporumuzun nümayəndələri Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bağdakı abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıb.

Güləşçilərimizdən Əfqan Xaşalov (54 kq), Mahir Əmiraslanov (58 kq), Teymur Məmmədov (69 kq), Hacımurad Maqomedsaidov (76 kq), Maqomedrasul Qazımaqomedov (85 kq) və İqbal Hacızadə (100 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub.

Pənah İlyaslı (63 kq), Orxan Həsənov (85 kq), Ülkər Babayeva (40 kq) və Ləman Qurbanova (56 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Babək Hüseynov (42 kq), Əlabbas Rzazadə (46 kq), Füzuli Hüseynov (54 kq), Haldun Məmmədov (58 kq), Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti