...

Qadın güləşçilərimiz İsveçdə yarışacaqlar

İdman Materials 26 Fevral 2014 16:04 (UTC +04:00)
1-2 mart 2014-cü il tarixdə İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.
Qadın güləşçilərimiz İsveçdə yarışacaqlar

Azərbaycan, Bakı, 26 fevral /Trend/

1-2 mart 2014-cü il tarixdə İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamızın 4 üzvü turnirdə iştirak edəcək.

Kiyevdə Ukrayna yığma komandası ilə təlim-məşq toplanışını bu gün tamamlayacaq güləşçilərimiz sabah İsveçə yola düşəcəklər. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcəklər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti