...

Bundesliqada “artilleriya zərbələri” – 3:5

İdman Materials 1 Mart 2015 22:24 (UTC +04:00)
Bu gün Almaniya Bundesliqasında 23-cü turun oyunları başa çatıb.
Bundesliqada “artilleriya zərbələri” – 3:5

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bu gün Almaniya Bundesliqasında 23-cü turun oyunları başa çatıb.

Trend-in məlumatına görə, turun son oyun günündə "Verder" və "Volfsburq" komandaları üz-üzə gəliblər.

Oyuna meydan sahibləri fəal başlayıblar - 9-cu dəqiqədə Zlatko Yunusoviç fərqlənib. Qonaqların cavabı özünü çox gecikdirməyib - 1 dəqiqə sonra hesab bərabərləşib. 16-cı dəqiqədə "Bremen musiqiçiləri" yenidən önə keçiblər. Lakin bu dəfə qonaqlar cəmi iki dəqiqə sonra hesaba tarazlıq gətiriblər. 28-ci dəqiqədə qonaqların oyunçusu qapıları səhv salıb - 3:2.

İkinci hissədə isə "Volfsburq"un "artilleriya zərbələri" davam edib. Əvvəlcə 48 və 51-ci dəqiqələrdə Bas Dost dubla imza atıb. 53-cü dəqiqədə Daniel Kaliqiuri də dubl edib - 3:5.

Beləliklə, "Volfsburq" 50 xalla ikinci yerini möhkəmləndirib. "Verder" isə 30 xalla 9-cudur.

Xəbər lenti

Xəbər lenti