...

Avropa Oyunlarına hazırlıq məqsədilə güləş üzrə test turniri keçiriləcək (FOTO)

İdman Materials 10 Mart 2015 16:55 (UTC +04:00)
Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında memorandum imzalanıb.
Avropa Oyunlarına hazırlıq məqsədilə güləş üzrə test turniri keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında memorandum imzalanıb.

Trend xəbər verir ki, memorandumun imzalanma mərasimində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev, Federasiyanın baş katibi Əjdər Cəfərov və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak ediblər.

Anlaşmaya əsasən, aprel ayında Avropa Oyunlarına test xarakteri daşıyacaq güləş yarışları üzrə turnir keçiriləcək. AGF Kuboku uğrunda beynəlxalq turnirdə yeniyetmə və gənc güləşçilər aprelin 16-dan 19-dək Heydər Əliyev adına İdman-Konsert kompleksində qüvvələrini sınayacaqlar.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti N.Əliyev deyib ki, hər il ənənəvi keçirilən AGF kuboku yarışlarının budəfəki formatı fərqli olacaq: "Artıq bir sıra xarici ölkələr turnirdə iştirak etmək üçün müraciət ediblər. Güman olunur ki, yarışlara 450-yə yaxın idmançı qatılacaq. Bu turnir Avropa Oyunlarına hazırlaşmaq üçün bizə çox kömək olacaq. Turnir Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunacaq və yarışda beynəlxalq qurum tərəfindən döşəklərə edilən rəng dəyişikliyi tətbiq olunacaq. Həmçinin, yarışın mükafatlandırma mərasimi Bakı-2015-də olduğu kimi keçiriləcək".

BAOƏK-in korporativ direktoru E.Səfərov isə AGF kubokunun yenidənqurma işlərindən sonra Heydər Əliyev adına İdman-Konsert kompleksində keçiriləcək ilk yarış olacağını deyib. Qeyd edib ki, turnir hazırlıqların hansı səviyyədə olduğunu göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti