...

Dünya Çempionatında gənc güləşçi qızlarımız iki qızıl və bir bürünc medal qazanıb

İdman Materials 14 Avqust 2015 15:22 (UTC +04:00)
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.
Dünya Çempionatında gənc güləşçi qızlarımız iki qızıl və bir bürünc medal qazanıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya Çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edir.

Üçüncü yarış günündə mübarizə aparan gənc qızlardan ibarət yığmamızın üzvləri Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olub.

Yarışların dördüncü günündə 48, 55, 63 və 72 kq çəkidə gənc qızlar mübarizə aparır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

48 kq
1/8 final - Oksana Livaç (UKR) - Ayan Məmmədova

55 kq
1/16 final - Alyona Kolesnik - Julie Steffler (CAN)

63 kq
1/4 final - Raqnetta Qurbanzadə - Eliana Szabo (HUN)

72 kq
1/8 final - Anastasia Şutova (UKR) - Səbirə Əliyeva

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti