...

Yubiley qolunun gətirdiyi rekord

İdman Materials 9 May 2016 14:49 (UTC +04:00)
“Qarabağ” Premyer Liqada ardıcıl 10-cu qələbəsini qazanıb. Bu, klub tarixinin Azərbaycan çempionatlarındakı yeni rekordudur.
Yubiley qolunun gətirdiyi rekord

Bakı. Trend:

"Qarabağ" Premyer Liqada ardıcıl 10-cu qələbəsini qazanıb. Bu, klub tarixinin Azərbaycan çempionatlarındakı yeni rekordudur.

Trend PFL-in saytına istinadən məlumat verir ki, ötən tur 5 il əvvəlki rekordunu təkrarlayan Ağdam təmsilçisi 33-cü turun "Sumqayıt"la ev oyununda qalib gəlib, seriyasını 10-a çatdırıb. 1:0-la gələn 10-cu qələbəni qazandıran qol isə yubiley xarakteri daşıyıb. Belə ki, Əfran İsmayılovun 3 xal qazandıran qolu "Qarabağ"ın Azərbaycan çempionatları tarixində öz meydanında vurduğu 600-cü qol olub.

Bu göstəricidə yalnız 701 qol vuran "Neftçi"dən geri qalan Ağdam təmsilçisi 600-ə 338-ci matçda çatıb. 227 qələbə qazanıb, 65 heç-heçə edib, 46 dəfə uduzduğu görüşlərdə əyalət klubu 237 qol buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti