...

Qadın boksçularımız dünya çempionatına yollanıb

İdman Materials 17 May 2016 19:29 (UTC +04:00)
Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatına start verilir.
Qadın boksçularımız dünya çempionatına yollanıb

Bakı. Trend:

Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatına start verilir.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumatına görə, yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır.

Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən milli komandamızın heyətində bu boksçular mübarizə aparacaq:

48 kq - Əzizə Abbasova
51 kq - Anna Əlimərdanova
57 kq - Məhsəti Həmzəyeva
60 kq - Yana Alekseyevna
64 kq - Ayzanat Hacıyeva
69 kq - Məryəm Cəbrayılova
75 kq - Elena Vıstropova
81 kq - Alina Hacıyeva
+81 kq - Aynur Rzayeva

Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi altında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti