...

Məşhur futbolçunun məzarı ziyarət edildi (FOTO)

İdman Materials 25 İyul 2016 19:34 (UTC +04:00)
Ələkbər Məmmədovun vəfatının 2-ci ildönümüdür
Məşhur futbolçunun məzarı ziyarət edildi (FOTO)

Bakı. Trend:

Azərbaycan futbolunun tarixində özünəməxsus yeri olan, ölkə futbolunun inkişafında müstəsna xidmətlər göstərmiş, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışmış, futbol sahəsində çoxsaylı titul və mükafatlara layiq görülmüş mərhum Ələkbər Məmmədovun vəfatının 2-ci ildönümüdür.

Bu münasibətlə bu gün AFFA rəsmiləri və ölkə futbol ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda Ə.Məmmədovun məzarını ziyarət ediblər.

Trend bunu AFFA-nın saytına istinadən xəbər verir.

Qeyd edək ki, Ə.Məmmədov Bakının "Neftçi" (1948-1953, 1960-1962), Moskvanın "Dinamo" (1954-1959) komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. Beynəlxalq oyunlarda iştirak edib.

Ə.Məmmədov 1955-ci ildə İtaliyanın "Milan" komandasının qapısına 4 qol vuraraq bunu edən ilk və hələ ki yeganə azərbaycanlı kimi tarixə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti