...

Ağır atletlərimiz Ukraynada təlim-məşq toplanışlarına davam edir

İdman Materials 15 Fevral 2018 10:46 (UTC +04:00)
Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın Ukraynanın Kamenets-Podolsk şəhərindəki təlim-məşq toplanışı davam edir.
Ağır atletlərimiz Ukraynada təlim-məşq toplanışlarına davam edir

Bakı. Trend:

Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın Ukraynanın Kamenets-Podolsk şəhərindəki təlim-məşq toplanışı davam edir.

Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, hazırlıqların gedişi barədə danışan yığma komandamızın baş məşqçisi Asif Məmmədov toplanışdan razı qaldığını deyib:

“Fevralın 4-dən buradayıq. Komandanın bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir. Toplanış üçün gərəkən bütün şərait yaradılıb, heç bir problemimiz yoxdur. Məşqlərə gəldikdə, hər şey plan üzrə gedir. Atletlərimizin hazırlıq səviyyəsi məni qane edir. Şükürlər olsun ki, zədəlilərimiz yoxdur. Toplanışın ilk günlərində nisbətən yüngül məşqlərə üstünlük verdik. Artıq bir həftə arxada qalıb və çəkilərin ağırlıq faizini artırırıq, yüklənməni yüksəldirik. İdmançılar özlərini yaxşı hiss edirlər, məşqlərdə həvəsli görünürlər, əhval-ruhiyyələri yüksəkdir. Hər toplanışın sonunda olduğu kimi, bu dəfə də açıq yoxlama məşqi keçirmək fikrindəyik. Fevralın 25-də Bakıya qayıdıb, hazırlıqlarımızı Vətəndə davam etdirməyi düşünürük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti