...

Yekaterina Pıxtova aerobika gimnastikası üzrə AÇ-nın fərdi proqramında qızıl medal qazanıb

İdman Materials 26 May 2019 15:43 (UTC +04:00)
Rusiyalı idmançı Yekaterina Pıxtova Bakıda keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatında böyüklər arasında fərdi qadın proqramında birinci yerə yüksəlib.
Yekaterina Pıxtova aerobika gimnastikası üzrə AÇ-nın fərdi proqramında qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Rusiyalı idmançı Yekaterina Pıxtova Bakıda keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatında böyüklər arasında fərdi qadın proqramında birinci yerə yüksəlib.

Trend-in məlumatına görə, Pıxtovanın nəticəsi 21,350 bal təşkil edib. Onun ardınca eyni nəticə ilə həmyerlisi Tatyana Konakova gəlir, üçüncü yeri isə bolqarıstanlı Darina Paşova tutub (21,200 bal).

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final yarışmaları keçirilir. Günün ilk yarısında gənclər arasında qaliblər müəyyən edilib.

Böyük gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step proqramında çıxış edirlər.

Böyüklər arasında Azərbaycan komandası aero dans proqramında qrup şəklində çıxış edəcək.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti