...

Son iki ildə dünya çempionatlarında çoxlu medallar qazanmış təcrübəli idmançılarımız var - Emin Cəfərov

İdman Materials 30 İyun 2023 22:19 (UTC +04:00)

Bakı. Trend:

Son iki ildə dünya çempionatlarında çoxlu medallar qazanmış təcrübəli idmançılarımız var.

Bu sözləri Trend-ə müsahibəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

"Son iki ildə dünya çempionatlarında və beynəlxalq yarışlarda çoxlu medallar qazanmış təcrübəli idmançılarımız var. Ruslan Lunyov lisenziyalı idmançıdır, əsas ümidlərimizi ona bağlamışdıq. Təəssüf ki, onun nəticəsi tam yaxşı olmadı. Finala çıxsa da, bəxti gətirmədi. Ümid edirik ki, digər yarışlarda da öz sözünü deyəcək. Ümumiyyətlə, irəliləyiş var. Avropa Oyunlarına on idmançı ilə gəlmişik. Əvvəlki Avropa Oyunları ilə müqayisədə bu yarışlarda idmançılarımızın sayı artıb. Keçən dəfə 6, bu dəfə 10 idmançı olub. Bu, atıcılığın inkişafından xəbər verir. İdmançılarımız üçün əsas məqsəd Los-Ancelesdə yarışlardır.

Hazırda Bakı Dünya Çempionatında 57 ölkə iştirakını təsdiqləsə də, ümumilikdə 100-ə yaxın ölkəni gözləyirik. Hazırlıq yüksək səviyyədədir. Açılış mərasimi avqustun 15-də keçiriləcək. Ermənistan bu çempionatda iştirak etmək istədiyi barədə ərizə ilə müraciət edib. Təsdiq etdik ki, əgər iştirak etmək istəyirlərsə, razılığımızı veririk. Bu çempionatda komandamızın 30-a yaxın üzvü iştirak edəcək. Bütün komandamız bu çempionata hazırlaşır və ümid edirik ki, yaxşı çıxış edəcəyik", - deyə Emin Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti