...

AFFA üç klubu CƏRİMƏLƏDİ

İdman Materials 8 Fevral 2024 18:00 (UTC +04:00)
AFFA üç klubu CƏRİMƏLƏDİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsi üç klubu cərimələyib.

Trend xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) və “Sabah” - “Turan Tovuz” (1:1) oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Səbail”lə görüşdə dörd futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib. Qarşılaşmanın 66-cı dəqiqəsində qırmızı vərəqə alan ağdamlıların kapitanı Maksim Medvedevə birmatçlıq cəza verilib. Bu, “Qarabağ”ın daha 500 manat cərimə olunması ilə nəticələnib.

“Turan Tovuz”la ev oyunundan sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat ziyana salıb. Qonaq komandanın azarkeşlərinin oturduqları sektorda sındırılmış altı ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin “Turan Tovuz” klubu tərəfindən qarşılanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti