...

Eddiyə dedim ki, millidə olduğunu dərk etməlisən - Arif Əsədov (VİDEO)

İdman Materials 27 Mart 2024 17:40 (UTC +04:00)
Eddiyə dedim ki, millidə olduğunu dərk etməlisən - Arif Əsədov (VİDEO)

Bakı. Trend:

Bizdə futbolçu qıtlığı var. Filip Ozobiç və Eddi İsrafilov uzun müddətdir millidə oynayır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis milli komandaya seçimlərdən danışıb. O, bildirib ki, toplanış zamanı Eddi İsrafilovla fərdi söhbətləri olub: “Onunla bağlı Belçika ilə oyundan aldığı qırmızı vərəqədən sonra mənfi fikirlər formalaşıb. Bunlar nəzərimdə idi. Eddini dəvət edəndə ilk gündə onunla söhbətim oldu. Dedim ki, sənin atdığın addım ictimaiyyət tərəfindən yaxşı qarşılanmayıb. Sən dərk etməlisən ki, millidəsən. Milli bayrağımızı daşıyırsan. Bütün bu atributlara hörmətlə yanaşmalısan. İsrafilov da söhbətimizi yaxşı qəbul etdi. Düşünürəm ki, oyunda da heç də özünü pis tərəfdən göstərmədi”.

Əsədov, həmçinin milliyə dəvət olunan yeni futbolçuların performansını da dəyərləndirib: “Emil Mustafayev, Rza Cəfərov, Amin Seydiyevdən istifadə elədik. Sadəcə, bir futbolçunu gərək qazanasan ki, sonra onu oynada biləsən və rəqabət yaradasan. Emil də öz klubunda 90 dəqiqə oynamır, amma özünü yaxşı tərəfdən göstərdi. Artıq gördük ki, o mövqeydə 1 nəfər qazandıq. Gələcəkdə hər şey özlərindən aslıdır. Rəqabət olarsa, daha güclü kim olacaqsa o da əsas heyətdə oynayacaq”.
Qeyd edək ki, Azərbaycan millisi “FİFA Series -2024”də Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstan ilə 1:1 hesablı heç-heçə oynayıb.

Xəbər lenti

Xəbər lenti