...

“Yuventus”un Alleqri planı

İdman Materials 2 Aprel 2024 15:34 (UTC +04:00)

Bakı. Trend:

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri ilə bağlı nə vaxt qərar verəcəyi bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mütəxəssisin Turin klubundakı taleyinə mövsümün sonunda aydınlıq gələcək.

Baş məşqçinin postunda qalması komandanın nəticəsindən asılı olacaq. Əgər “Yuventus” Çempionlar Liqasına vəsiqə qazanmasa, Alleqri istefaya göndəriləcək.

Qeyd edək ki, baş məşqçi postuna əsas namizəd Tyaqo Motta hesab olunur.

Xəbər lenti

Xəbər lenti