...

Nigeriyalı hücumçu “Aston Villa”nın hədəfində

İdman Materials 18 İyun 2024 06:47 (UTC +04:00)

Bakı. Trend:

“Aston Villa” nigeriyalı forvardla güclənə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Birmingem klubu Keleçi İheanaçio ilə maraqlanır.

27 yaşlı futbolçu hazırda sərbəst status daşıyır. O, 2017-ci ildən çıxış etdiyi “Lester”i tərk edib. Onunla İngiltərə Premyer Liqasının digər klubları da maraqlanır.

Qeyd edək ki, 2023/2024 mövsümündə İheanaço İngiltərə Çempionşipdə 26 oyunda 6 qol vurub, 3 ötürmə edib. “Lester” çempionatı 1-ci pillədə başa vuraraq, Premyer Liqaya vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti