...

"Milan" və "Napoli" Sebastyan Şimanski ilə maraqlanır

İdman Materials 22 Mart 2025 04:45 (UTC +04:00)
"Milan" və "Napoli" Sebastyan Şimanski ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbaxça"nın polşalı yarımmüdafiəçisi Sebastyan Şimanski İtaliyanın aparıcı klublarının diqqətini cəlb edib.

Trend xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Milan" və "Napoli" maraqlanır.

Şimanskinin orta xəttin bir neçə mövqeyində oynamaq bacarığı onun transferinə marağı artırır.

"Fənərbaxça" bu keçiddən ən azı 25 milyon avro gəlir əldə etməyi hədəfləyir. Polşalı oyunçunun İstanbul klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Şimanski cari mövsümdə 42 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti