...

Bakıda QDİƏT PA-nın komitə iclası başlayıb

İqtisadiyyat Materials 25 Aprel 2017 11:29 (UTC +04:00)

Bakı. Yelena Kosolapova - Trend:

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası başlayıb.

Trend-in məlumatına görə, iclasda təşkilatın üzv ölkələrindən 50 nümayəndə iştirak edir.

İclasın əsas mövzusu səhiyyə sahəsində əməkdaşlıq məsələsidir.

İclasın gedişində komitə sədrinin müavini seçilib. Bu vəzifəyə Ukrayna nümayəndəsi Sergey Kunitsin təkrar seçilib.

İclas iki gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti