Kapital Bank-ın baş korporativ satış inzibatçısı: Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir (PHOTO)

Kapital Bank-ın baş korporativ satış inzibatçısı: Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir (PHOTO)

Bakı. Trend:

Son zamanlar ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verilir. Sahibkarların daha səmərəli və şəffaf işləməsi üçün bütün zəruri şərait yaradılır. Təbii ki, sahibkarlığın inkişafı üçün maliyyələşmə kanalının olmasına böyük ehtiyac var. Bu səbəbdən də Kapital Bank sahibkarların maliyyələşməsi istiqamətində yeni məhsullar təqdim edir, həmçinin bir sıra aksiya və kampaniyalar keçirir. Kapital Bank-ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə məhsulların şərtləri və yeniliklər barədə olan suallara cavab verib.

- Fərid müəllim, Kapital Bank-ın yeni təqdim etdiyi ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları nələri əhatə edir və kimlər üçün nəzərdə tutulub?

- Əvvəlcə onu qeyd edim ki, ticarət əməliyyatlarının maliyyələşdirilməsi – Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə olmaqla üç məhsuldan ibarətdir. Bu məhsullardan hüquqi şəxs və fərdi sahibkarlar rahatlıqla istifadə edə bilər. Xüsusən də, əsas hədəfimiz olan kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan müştəriləri nəzərə alaraq, bu məhsullar üzrə bazara əlverişli şərtlər təqdim edirik.

Biz geridə qoyduğumuz 2018-ci il ərzində ilkin Faktorinq məhsulunu test etdik. Nəticələrin uğurlu alındığını və bu növ məhsullara bazarda yetərincə tələbat olduğunu nəzərə alaraq, kütləvi satışlarına start verdik.

- Az öncə qeyd etdiyiniz, Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə məhsullarının mahiyyəti və üstünlükləri nələrdən ibarətdir?

- Öncə onu qeyd etmək istərdim ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Belə ki, Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal əldə edə bilir. Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb, daha rəqabətə davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.

Daha anlaşıqlı olması üçün bir-neçə sadə nümunə üzərindən davam etmək istərdim. Misal üçün, sahibkar 10000 manatlıq satış edib. Amma müştəri ilə malın dəyərinin 90 gün sonra ödənilməsini haqqında razılıq var. Bu halda sahibkar bu satışı təsdiq edən sənədlərlə Kapital Bank-a müraciət edərək, Faktorinq və ya Satışın maliyyələşdirilməsi məhsullarından istifadə edə bilər. Nəticədə o, 90 gün gözləmədən 10000 manatın 90%-ə qədərini, yəni 9000 manatını dərhal alacaq. Qalan hissəni isə alıcı, ödənişi edən zaman əldə edəcək.

Yaxud təsəvvür edin ki, sahibkar çox önəmli bir müştəridən dəyəri 50000 manat olan sifariş qəbul edib. Amma həmin sifarişi icra etmək üçün hazırda kifayət qədər vəsaiti yoxdur. Bu zaman sahibkar, bu sifarişi təsdiq edən sənədlərlə birgə Kapital Bank-a müraciət edib, ifariş dəyərinin 90%-ə qədərini, yəni 45000 manatını öncədən əldə edib, sifarişi rahatlıqla icra etmək olar. Alıcı isə öz növbəsində əvvəlcədən avans ödənişi etmədən, sifariş icra olunduqdan sonra onun tam dəyərini ödəyir

- Bəs nəyə görə müştərilər onlara daha yaxşı məlum olan biznes kreditindən deyil, bu məhsullardan istifadə etməlidirlər?

- Təbii ki, müştərilər biznes kreditlərindən də istifadə edə bilər. Lakin bu zaman kredit rəsmiləşdirilməsi üçün müştəri haqqında daha çox məlumat və daha çox sənəd tələb olunur. Maliyyə vəziyyətinin qiymətlənidirilməsi ilə birgə kreditin rəsmiləşdirilməsi prosesi bir qədər vaxt aparır. Vaxt isə, bildiyimiz kimi, biznesdə ən dəyərli resursdur. Bunlarla yanaşı girov tələbinin olmaması məhsula əlavə üstünlük qazandırır

- Ümumiyyətlə Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarını hansı müştərilər üçün daha münasib hesab edirsiniz?

- Bu məhsulları daha çox KOS seqmentinə aid müştərilər üçün münasib hesab edirəm. Çünki, KOS seqmentində olan müştərilər üçün çeviklik və yeni etibarlı ticarət partnyorlarının tapılması əsas amillərdəndir. Bu maliyyələşmə alətləri də müştərilərimizə çevikliyi və etibarlı ticarət əlaqələri qurmağı təmin edə bilir. Eyni zamanda, nisbətən kiçik bizneslər üçün maliyyə resursu axtaran zaman əsas problemlərdən biri olan girov tələbi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarında yoxdur.

- Bu məhsullar üzrə Kapital Bank olaraq müştərilərdən olan gözləntiləriniz nələrdən ibarətdir?

- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının tətbiq edilməsi müştərilərin rəsmi şəkildə apardıqları əməliyyatlar üzrə mümkündür. Bunun üçün müştərilərdən olan gözləntilərimizdən biri şəffaf mühasibatlıq sistemlərinə malik olmaları və onu səmərəli şəkildə tətbiq etmələridir. Şəffaf mühasibatlıq sisteminin mövcudluğu müştərilərimiz üçün bu məhsulları daha əlçatan edəcək. Eyni zamanda ölkəmizin vergi sistemində aparılan islahatlar sahibkarların şəffaf mühasibatlığa keçməyini təşviq edəcək və ümumilikdə ölkə iqtisadiyyatına müsbət töhfə verəcək.

- Ölkədə son dövrlərdə prioritet olaraq önə çıxan KOS seqmenti üzrə Kapital Bank-ın daha hansı məhsul təklifləri vardır?

- Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Artıq KOS seqmentinə aid müştərilərə daha keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün Kapital Bank-ın bir sıra filiallarında xüsusi mərkəzlər yaradılıb. Bundan əlavə, KOS müştərilərinə hesablaşma və xəzinə xidmətləri, məsafədən bankçılıq, biznes krediti, əmək haqqı layihələri, biznes kartlar, inkassasiya və sənədli əməliyyatlar hesab edilən – qarantiya və akkreditivlər üzrə xidmətlər də sərfəli şərtlərə təqdim olunmaqdadır.

Onu da qeyd edimki, 2019-cu ilin fevral və mart ayları ərzində Kapital Bank-la yeni əməkdaşlıq etməyə başlayan sahibkarlar üçün aksiyamız var. Şərtlər görə, filiallarımıza müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçirilir. Üstəlik bizə müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğində hədiyyə kuponu da verilir.

Son olaraq onu da qeyd edim ki, yaxın zamanlarda Biznes Overdraft məhsulunun da kütləvi satışına başlayacağıq. Bu məhsul isə öz növbəsində müştərilərimizə aparmaq istədikləri əməliyyat üzrə hesablarında kifayət qədər məbləğ olmadıqda belə, ödənişləri həyata keçirməyi mümkün edəcək.

“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Loading Bars
Xəbər lenti
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Bütün xəbərlər