...

AQTA sədri: Bütün sahibkarlara lazımi dəstəyi göstərməyə hazırıq

İqtisadiyyat Materials 10 May 2019 11:06 (UTC +04:00)
Qida məhsullarının saxlanması, daşınma və satış rejimləri, sanitar gigiyenik və sanitar normaları var.
AQTA sədri: Bütün sahibkarlara lazımi dəstəyi göstərməyə hazırıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida məhsullarının saxlanması, daşınma və satış rejimləri, sanitar gigiyenik və sanitar normaları var. Təbii ki, bütün qida müəssisələri həmin normalara əməl etməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, sahibkarlar qida məhsullarının daşınması, saxlanması və satışında sanitar normalara riayət etməlidirlər.

Agentlik sədri əlavə edib ki, qarşıdakı 7 il ərzində sahibkarlıq strukturlarına təlim-tədris işlərində yardımçı olmaq lazımdır ki, onlar ölkəmizdə beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi sistemini qura bilsinlər:

"Bitkiçilik məhsullarına tətbiq olunan aqrokimyəvi preparatların, bitki mühafizəsi vasitələrinin, quşçuluq və heyvandarlıq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin, heyvan mənşəli baytarlıq preparatlarının tətbiqi ciddi önəm daşıyır. Çünki yem və yem əlavələri həmin məhsulun təhlükəsizlik göstəricilərini birbaşa özündə əks etdirir. İstər daşınma, istər saxlanma mərhələlərində sanitar normalara əməl olunmalıdır. Bütün sahibkarlara lazımi dəstəyi göstərməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti