Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir - Ekspert

Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir - Ekspert

Bakı. Samir Əli - Trend:

Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir. Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bu proses həm Bakı və bakıətrafı ərazilərdə ictimai nəqliyyatın yükünü, həm də ekologiyaya dəyən ziyanı azaldır:

"Alternativ ictimai nəqliyyat növlərinin yaradılması ilə bağlı 2018-ci ilin dekabr ayında Prezident İlham Əliev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Yəni, həmin proqramda tramvay və trolleybus kimi ekoloji təmiz nəqliyyat vasitələrinin yaradılması göstərilib. Bu təcrübənin öyrənilməsi, reallıqlar müzakirə ediləndən sonra həmin nəqliyyat vasitələrinin fəaliyyətə başlaması təqdirəlayiqdir. Təəssüf ki, bu il pandemiya olduğundan bu sahədə ciddi işlər görülmədi. Sadəcə müəyyən açıqlamalar verildi ki, məsələ ilə bağlı təhlillər aparılır. Bütün hallarda tramvay və trolleybuslardan, həmçinin yerüstü metro xətlərindən istifadə bizim üçün çox önəmlidir. Çünki bunun tətbiqi gələcəkdə yollarda nəqliyyat sıxlığını aradan qaldıra bilər. Əks halda bugünkü şəkildə davam etsək, müəyyən müddətdən sonra vəziyyət daha acınacaqlı olacaq. Hazırda Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan "Bakubus" MMC-nin 600 yeni avtobusu fəaliyyətdədir, mərhələli olaraq bu avtobusların gətirilməsi davam etdirilir. Beləliklə, Bakıda avtobus parkındakı avtobusların sayı 2000-dən 2500-ə qədər artırılmalıdır. Amma bu avtobusların hərəkət trayektoriyası və digər məsələlər hələ də açıq qalır".

E.Muradlı bildirib ki, hazırda Bakı şəhərində metro xətlərinin çəkilməsi ciddi problemdir: "Bakı şəhərində tikinti bumu elə aparılıb ki, bu layihələrin icrası uzunmüddətli vaxt və böyük xərc tələb edir. Metronun stansiyalarının sayını artırmaq çətinləşdiyi bir halda bu layihələrin əvəzinə tramvay və trolleybus xətlərini bərpa etmək olar. Bunun özünü də bir növ yerüstü metro adlandırmaq olar. Bununla bağlı investisiya layihələri işləmək mümkündür. Azərbaycanda tramvay və trolleybus xətləri olub və buna görə də bunun bərpası mümkündür. Düzdür, o vaxtki tramvay və trolleybus yolları saxlanılmayıb. Həmin ərazilərdəki səkilər uzadılıb, yollar daralıb və sair. Amma buna baxmayaraq bu gün bu nəqliyyatı yaratmaq mümkündür və vacibdir. Məsələn bu gün pandemiya dövrüdür, Bakıda metro stansiyaları işləmir və nəticədə marşrut avtobuslarında sıxlıq yaranır. Avtobusların say nisbəti az olduğundan marşrutlar bu yükü çəkə bilmir. Bu cür problemlər ortaya çıxır".

Ekspert həmçinin digər nəqliyyat vasitəsi olan dəniz nəqliyyatının da yaradılmasını vacib sayır: "Bakı şəhərinin özündə, Bakı-Sumqayıt istiqamətində dəniz nəqliyyatının gerçəkləşdirilməsi mümkündür. Hətta Bakıdan Şimal bölgəsinə, Cənub bölgəsinə dəniz nəqliyyatı ilə marşrutların müəyyənləşdirilməsi maraqlı olardı. Bu həm də ölkədə turizmin inkişafına böyük töhvə vermiş olardı. Məsələn, bu gün yollarda daşınan ağır yüklər avtomobil yollarına kifayət qədər ziyan vurur. Amma həmin yüklərin dəniz nəqliyyatı və dəmir yolu xətləri ilə daşınmasını təmin etmək avtomobil yollarına dəyən ziyanın da qarşısını ala bilər. Bu layihələrin gerçəkləşməsi yolların da mühafizəsinə səbəb olacaq. Dünyanın inkişaf etmiş ölkələrində yükdaşımalar əsasən dəniz və dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Bizdə isə təəssüflər olsun ki, yükdaşımaların 70-80 faizi məhz avtomobil yolları ilə daşınır. Bu rəqəm hardasa 50 faizdən artıq aşağı düşməlidir. Dəniz nəqliyyatı ilə həmçinin dənizkənarı ərazilərdə sərnişin daşınması da həyata keçirilə bilər. Hətta pik saatlarda bu proses yollardakı sıxlığın azalmasına da kömək edər. Həmçinin bu turizmin inkişafı üçün də məqsədyönlüdür".

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN
NEQSOL Holding HR peşəkarları üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycan -Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir - Elşan İzzetgil
“Azərlotereya” yeni “Ekpres Keno” virtual lotereyasını təqdim edib (VİDEO)
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi açıqlanıb
Ağdamda kafe yanıb (VİDEO)
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Azərbaycanda bank işçilərinin sayı artıb
Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb
Bu il 100-dən çox kəndin enerji şəbəkəsi yenidən qurulacaq (VİDEO)
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək
Vətən müharibəsində ziyan görmüş 294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə start verilib
Azərbaycanda parklanmaya görə cərimələr artırılır
Qazaxıstanda yeni komandanlıq təsis edilib
249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
Bakıda “Azərsu”nun işçisi adı ilə vətəndaşlardan pul alan şəxs peyda olub (FOTO)
Azərbaycanda velosiped yolları müəyyən edilir
İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların sayı artırılıb (SİYAHI)
Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur
Ötən il Baş Prokurorluq valideyn hüquqlarının məhdudlaşdırılması üçün 12 iddia qaldırıb
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edilir
Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirəsinə başlanılıb
Ağdamda ermənilərin dağıtdığı tarixi abidələr sərgilənəcək (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Avropa və İngiltərədə risklər yenidən artır
Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb (FOTO)
Ötən ilin sonu İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Qadağan edilmiş məlumatları yerləşdirən sosial media istifadəçilərinə xəbərdarlıq edilib, 1 nəfər həbs olunub
Çayxanada qumar oynayanlar saxlanılıblar
Litvada məktəblər distant təhsilə keçir
Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır?
Jurnalistlər məlumatlarla təmin edilməlidir - Əhməd İsmayılov
Bu şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib
Bağlı qalmış 8 cinayət işi açılıb
Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb (FOTO/VİDEO)
Bərdə sakini qonşusunu güllələyib öldürüb
Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 96 cinayət işinin istintaqı tamamlanıb - Kamran Əliyev
Pekində Qış Olimpiya Oyunlarına gələn daha 6 nəfərdə koronavirus aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
Dillər Universitetində Qış Olimpiya Oyunlarına həsr olunmuş seminar keçirilib (FOTO)
A-Qroup sığorta şirkəti Lənkəran şəhərində yeni nümayəndəlik açıb (FOTO)
Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək
Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq
Evdən çıxan 5 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Ötən həftə 67 hektardan çox ərazi minalardan təmizlənib
Ermənistanda prezidentliyə mümkün namizədlərin adı açıqlanıb
Ötən il qeydə alınmış cinayətlərin 87,3 faizinin üstü açılıb - Baş prokuror
Uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda Laparoskopik cərrahiyyə” mövzusunda çıxış edəcək
Bu yolda hərəkət birtərəfli olacaq (VİDEO)
Həftəsonu 700-dən çox toyda monitorinq aparılıb, 16 nəfər cərimələnib
Masallı sakinlərindən qanunsuz silah götürülüb
2022-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizi çərçivəsində yeni pilot layihə işə salınacaq - TRACECA (MÜSAHİBƏ) (FOTO/VİDEO)
Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb
Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb (FOTO)
Alimlər ilk dəfə canlı hüceyrənin tam dolğun modelini hazırlayıblar
2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu
Pekində COVID-19-un yayılması Çinin digər bölgələrində də epidemioloji vəziyyətini pisləşdirib
Şuşa və Ağdama ilk sərnişin avtobus reysi yola düşdü (FOTO)
Azad edilən torpaqlara avtobus reyslərinin açılması bu ərazilərin inteqrasiyasında mühüm rol oynayacaq - DANX
Yanvar ayında Avropa rekord həcmdə maye qaz idxal edəcək
Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıblar
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçi yerləşdirilməsi planını təqdim edib
Peyvənd olunmuş insanlarda "omikron"un beş simptomu açıqlanıb
ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib
Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Bütün xəbərlər